Xaçmazda sahibkarlar üçün maarifləndirmə tədbiri keçirilib

2023.02.02 17:21 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti regionlarda fəaliyyət göstərən sahibkarlarla istehlakçı hüquqlarının müdafiəsi sahəsində görüşlərin keçirilməsini davam etdirir. Növbəti belə görüş Xaçmaz şəhərində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla təşkil edilib.

Görüşdə Dövlət Xidmətinə daxil olan istehlakçı müraciətləri ilə bağlı müzakirələr aparılıb. Sahibkarlara, həmçinin istehlak bazarında nəzarət sahələri və aparılan nəzarət tədbirləri barədə məlumat verilib, istehlakçı məmnuniyyəti və istehlakçı hüquqlarının təmin edilməsinin vacibliyi vurğulanıb. Sahibkarlar qüsurlu mallara və qüsurlu xidmətlərə görə istehlakçının hüquqları, zəmanət öhdəlikləri, ərzaq mallarının satışına dair tələblər, servis və ya əlavə xidmət haqqı, malın dəyişdirilməsi və ya qaytarılması qaydaları barədə məlumatlandırılıb.

Qeyd edək ki, bundan əvvəl Gəncə, Cəlilabad və Şamaxı şəhərlərində də sahibkarlarla belə görüşlər keçirilib.