Moldova ilə iqtisadi əlaqələrin inkişafı perspektivləri müzakirə olunub

2023.02.02 13:22 (UTC+04:00)

"Moldova Respublikasının Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spınu ilə ölkələrimizin iqtisadi əlaqələrinin inkişaf perspektivlərini dəyərləndirdik".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesabında paylaşım edib.