Asiya İnfrastruktur İnvestisiya Bankı ilə əməkdaşlıq imkanları müzakirə edilib

2023.02.01 19:43 (UTC+04:00)

"Asiya İnfrastruktur İnvestisiya Bankının vitse-prezidenti Konstantin Limitovski ilə görüşdə Azərbaycanla Bank arasında potensial əməkdaşlıq imkanlarının araşdırılmasını müzakirə etdik. Ölkəmizdə reallaşdırılan investisiya layihələrinə yüksək maraq ifadə olundu".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesabında məlumat verib.