İctimai nəqliyyatda qiymət artımının isteklakçı qiymətləri indeksinə təsiri çox cüzidir

2023.02.01 16:40 (UTC+04:00)

Mərkəzi Bank Tarif Şurasının ictimai nəqliyyatda gediş haqları ilə bağlı son qərarının istehlakçı qiymətləri indeksinə təsirini operativ qiymətləndirmə əsasında açıqlayıb. “vergiler.az” xəbər verir ki, bu barədə Mərkəzi Bankın baş direktoru Vüqar Əhmədov açıqlama verib. Onun sözlərinə görə, yeni tarif qərarının isteklakçı qiymətləri indeksinə təsiri çox cüzidir:

“Mərkəzi Bank 2023-cü ilin sonuna inflyasiyanı 8% ətrafında proqnoz edib. Bu proqnozlar rüblük əsasda yenilənir. Biz baza ssenaridə dövlət tərəfindən tənzimlənən qiymətlərin dinamikasını sabit götürmüşdük. Amma yeni proqnozlarımızda bu, bizim ehtimallarımıza az da olsa təsir göstərəcək. Çox operativ məlumatları sizinlə bölüşə bilərik. Qəbul olunan qərarın təsiri çox cüzidir. Tarif qərarının isteklak qiymətləri indeksinə təsiri 0,23- 0.25% ətrafında qiymətləndirilir. Bu da faiz bəndi olaraq çox aşağı təsirdir”.

V.Əhmədov bu istiqamətdə qiymətləndirmələri davam etdirəcəklərini əlavə edib.