Taleh Kazımov: "Əmanətlərin banklardan çıxarılmaması üçün faizlərin vergi faizi nisbətində artırılmasını gözləyirik"

2023.02.01 16:16 (UTC+04:00)

Fevralın 1-dən fiziki şəxslərin əmanətlərinə ödəmə mənbəyində verginin tətbiq edilməsi banklarda əmanətlərin həcminə ciddi təsir etməyəcək. Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, mövcud maliyyə sabitliyi depozitlərin həcminə təhdid yaratmır:

“Bu verginin tətbiqi qanunvericiliyin tələbidir. Təhlillər göstərir ki, bu, depozit portfelinin həcminə ciddi təsir göstərməyəcək. Hesab edirik ki, banklar həmin xərci öz depozit faizlərində əks etdirəcək. Biz gözləyirik ki, depozitlərin banklardan çıxarılmaması üçün faizlər vergi faizi nisbətində artırılacaq".