"Süni intellekt üzrə Milli Strategiyanın hazırlanması üçün yol xəritəsi tərtib edilib. Bu, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə Dünya İqtisadi Forumunun Süni intellekt və maşın öyrənməsi platforması arasında əməkdaşlıq çərçivəsində baş tutub. Rəqəmsallaşma və müasir texnoloji həllərin tətbiqi ölkəmizin iqtisadi potensialından daha səmərəli istifadə etməyə imkan verəcək".
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesabında məlumat verib.