Mərkəzi Bank uçot dərəcəsini 8,5 faizə qaldırıb

2023.02.01 10:11 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 8,5 faizə çatdırılıb.

vergiler.az” AMB-nin yaydığı məlumata istinadən xəbər verir ki, bankın qərarına əsasən, faiz dəhlizinin aşağı həddi 0,5 faiz artırılaraq 6,75 faizə qaldırılıb, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,5 faiz səviyyəsinə qaldırılıb.

Bu qərar daxili və xarici mühitdə inflyasiyaya artırıcı və azaldıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib.

Pul siyasәti ilə bağlı növbəti qərar barədə məlumat 2023-cü il mart ayının 29-da ictimaiyyətə açıqlanacaq.