Kənd təsərrüfatı və sənaye sahəsində fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparılıb

2023.01.31 16:45 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində növbəti görüş Bərdədə keçirilib. Əkinçilik və heyvandarlıqla məşğul olan sahibkarların və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş görüşdə müzakirələr aparılıb, biznes subyektlərinin sualları cavablandırılıb. Belə ki, görüşdə aidiyyəti dövlət qurumlarının nümayəndələri sahibkarları kənd təsərrüfatı sahəsində həyata keçirilən layihələr, dövlət dəstəyi tədbirləri, o cümlədən dövlətin güzəştli kreditləri, sığorta və subsidiyalar barədə məlumatlandırıblar.

Sumqayıt şəhərində sənaye sahəsində fəaliyyət göstərən sahibkarlarla keçirilmiş görüşdə isə müvafiq dövlət qurumları ilə gömrük rüsumları, beynəlxalq yükdaşımalar, vergi qanunvericiliyi və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.