Çin hökuməti ABŞ-a qarşı cavab tədbiri görəcəyini bildirib

2019.05.18 18:10 (UTC+04:00)

Çin Xalq Respublikasının Maliyyə Nazirliyindən bildirilib ki, ABŞ Prezidenti Donlad Trampın qərarı Çindən idxal edilən mallar üçün gömrük rüsumunu kəskin şəkildə artıracaq. Buna səbəbdən, Çin də cavab tədbiri görməyi panlaşdırır. Rəsmi Vaşinqtonun qərarı 200 milyard dollar dəyərində Çin mallarını əhatə edəcəyi təqdirdə, Çin də ABŞ-dan idxal edilən 60 milyard dollar dəyərində mallar üçün gömrük vergisini artıracaq. Rüsumların məbləği tam eyni olacaq - əsasən, malın dəyərinin 25 faizi həcmində. 25 faiz rüsum tətbiq edilməsi üçün nəzərdə tutulan siyahıda 2.493 kateqoriyaya aid malın adı qeyd olunub. 1.078 kateqoriyaya aid mallar üçün rüsum 20 faiz, 974 kateqoriya üçün 10 faiz, qalan 595 kateqoriya üçünsə əvvəlki kimi 5 faiz təşkil edəcək.