Alüminium ixracı artıb

2023.01.30 10:26 (UTC+04:00)

2022-ci ildə ölkədən 217 301,12 min ABŞ dolları dəyərində 68 238,84 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub. "vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2021-ci il ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 15,4 faiz, həcm baxımından isə 1,3 faiz çoxdur.

Ötən ilin dekabr ayında isə 14 354,15 min dollar dəyərində 5 700,52 ton məhsul ixrac edilib ki, bu da noyabr ayı ilə müqayisədə dəyər ifadəsində 45,3 faiz, həcm ifadəsində isə 47,8 faiz azdır.

Qeyd edək ki, 2022-ci ildə alüminiumun ümumi ixracda xüsusi çəkisi 0,57 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 7,14 faizə bərabər olub.