"Zərgərlik sənayesində "kölgə iqtisadiyyatı" ilə mübarizə tədbirləri və təşviq mexanizmlərinin tətbiqi müsbət nəticələrə yol açıb. 2022-ci ildə qızıl və gümüşdən hazırlanmış zərgərlik məmulatlarının ölkədaxili dövriyyəsi 2021-ci illə müqayisədə 42% artaraq 152 milyon 835 min manat olub. Son iki ildə zərgərlik bazarı üzrə dövriyyə 378% artıb".
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesabında məlumat verib.