"Biznes sahəsini təmsil edən qadınların və gənc sahibkarların fəaliyyətinin dəstəklənməsi, maliyyə əlçatanlığının artırılması istiqamətində dövlətin maliyyə mexanizmləri xüsusi rol oynayır. 2022-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən qadın sahibkarların layihələrinə 13,9 milyon manat, gənc sahibkarların layihələrinə isə 14 milyon manat güzəştli kredit ayrılıb".
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edib.