"Ötən il əsas kapitala yönəldilmiş vəsaitlər əvvəlki ilə nisbətən 5,5% artaraq 18 milyard 272,3 milyon manat təşkil edib. Qeyri-neft-qaz sektoruna yönəldilmiş vəsaitlər isə əvvəlki illə müqayisədə 13,6% artıb və 12 milyard 871,9 milyon manata çatıb".
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesabında məlumat verib.