Şahbulaq yatağının ehtiyatının dəqiqləşdirilməsi məqsədilə geoloji tədqiqat işləri aparılır

2023.01.25 16:15 (UTC+04:00)

"Azərbaycan İnvestisiya Şirkəti ASC işğaldan azad edilmiş ərazilərimizdə reallaşdırılacaq Şahbulaq daş karxanası layihəsinə dair müsabiqənin qalibi StarMining ilə birgə Shahbulaq Mining şirkətini təsis edib. Hazırda Ağdam rayonunda yerləşən Şahbulaq yatağının ehtiyatının dəqiqləşdirilməsi məqsədilə geoloji tədqiqat işləri aparılır".

Bu haqda məlumatı iqtisadiyyat naziri Mikayıl Cabbarov verib.