Ötən il yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 19,5 milyard manatdan çox olub

2023.01.25 15:01 (UTC+04:00)

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Hazırda ölkə üzrə tətbiq olunan onlayn NKA-ların sayı 85 mindən çoxdur. 2022-ci il ərzində yeni nəsil kassalar vasitəsilə qeydə alınan dövriyyə 19,5 milyard manatdan artıq olub ki, bu da 2021-ci illə müqayisədə 26,6 faiz çoxdur.