“ƏDV geri al” layihəsi çərçivəsində ötən il 190 milyon manat geri qaytarılıb

2023.01.25 14:37 (UTC+04:00)

“ƏDV geri al” layihəsi ölkədə nağdsız ödəmələrin genişlənməsinə təkan verən mühüm layihələrdən biridir. Qeyd olunan layihənin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sonunadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 361,5 milyon manatdan çox, ötən il isə 190,0 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb ki, bu da 2021-ci illə müqayisədə 36,9 faizdən çoxdur. 2022-ci ildə layihə çərçivəsində nağdsız qaydada alınmış mallara və ya əldə edilmiş xidmətlərə görə istehlakçılara 64,3 milyon manatdan çox ƏDV geri qaytarılıb ki, bu da 2021-ci illə müqayisədə 77,5% çoxdur.

Xatırladaq ki, Vergi Məcəlləsində edilmiş son dəyişikliklərə əsasən, nağdsız ödənişlərə keçidin daha da stimullaşdırılması məqsədilə nağdsız ödənişlər üzrə geri qaytarılan ƏDV məbləğinin faiz dərəcəsi 15 faizdən 17,5 faizə qədər artırılıb.