SİF tərəfindən ötən il kiçik və orta həcmli layihələrə 104,2 milyon manat güzəştli kredit verilib

2023.01.25 14:16 (UTC+04:00)

Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2022-ci il ərzində 2.710 kiçik və orta həcmli layihəyə 104,2 milyon manat güzəştli kredit verilib.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbaro paylaşım edib.

"Sahibkarlara dövlət dəstəyi, stimullaşdırıcı tədbirlər və güzəştli kreditlər biznes fəaliyyəti üçün əlverişli mühitin yaradılmasını təmin edir", - deyə nazir bildirib.