Ötən il ÜDM-in tərkibində qeyri-neft-qaz sektoru üzrə əhəmiyyətli artım qeydə alınıb

2023.01.25 11:06 (UTC+04:00)

"2021-ci illə müqayisədə ötən il ÜDM-in tərkibində qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə əhəmiyyətli artım qeydə alınıb. Bu dinamika turistlərin yerləşdirilməsi və ictimai iaşədə 58,2%, nəqliyyat və anbar təsərrüfatında 23,2%, informasiya və rabitədə 14,8%, tikintidə isə 13,4% təşkil edib".

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.