OECD qlobal iqtisadi artıma nikbin baxır

2023.01.25 13:25 (UTC+04:00)

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) sədri Matias Kormann Çinin “sıfır COVID” siyasətini ləğv etməsindən sonra qlobal iqtisadi artımla bağlı baxışının nikbin olduğunu bildirib.

“Nikkei Asia” agentliyinə müsahibəsində Kormann deyib: "Çin qlobal iqtisadiyyatda çox mühüm oyunçudur, lakin Çindəki iqtisadi canlanma qlobal enerji tələbatının artmasına səbəb olacaq. Rusiyanın Ukraynaya müdaxiləsinin dünya miqyasında enerjiyə tələbatın strukturuna ciddi təsir göstərdiyini nəzərə almaqla biz enerji mənbələrini şaxələndirməli və enerji istehsalını artırmalıyıq”.

Qeyd edək ki, OECD-nin noyabr ayında açıqladığı son “İqtisadi icmal” hesabatında dünya iqtisadiyyatının 2023-cü ildə 2,2 faiz artacağı proqnozlaşdırılıb. Keçən il isə bu rəqəm 3,1 faiz olub.