"Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə ölkələrimiz arasında ikitərəfli münasibətlərə töhfə verən təşəbbüslərin əhəmiyyətini vurğuladıq. İqtisadi-ticarət əlaqələrinin təşviqi, Macarıstan şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı və ölkəmizin tranzit potensialından istifadə imkanları barədə müzakirə apardıq".
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesabında məlumat verib.