Vergi ödəyicilərinə geniş spektrdə xidmətlər göstərilir
2023.01.23 13:26 (UTC+04:00)
Ötən il vergi ödəyicilərinə göstərilmiş ümumi elektron xidmətlərin 86 faizini 8 xidmət növü təşkil edib:
- Qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi və yenidən verilməsi;
- Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
- Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
- Asan İmza sertifikatlarının verilməsi;
- Vergi ödəyicisinə arayışların verilməsi;
- Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi.