2022-ci il ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 481.032 şəxs qəbul edilib və onlara 910.986 sayda xidmət göstərilib ki, bunlardan 241 mindən çoxu şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 214 mindən çoxu isə elektron xidmətlər (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) olub.