2022-ci il ərzində sahibkarların 2726 layihəsinin maliyyələşdirilməsinə 145,9 milyon manat güzəştli kredit ayrılıb.
Verilmiş kreditlərin 87,1 milyon manatı kənd təsərrüfatı məhsulları istehsalının, 37,3 milyon manatı sənaye məhsullarının istehsalı və emalının, 9,1 milyon manatı turizmin, 12,4 milyon manatı isə digər sahələrin payına düşür.