"Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində 18 yanvar tarixində McKinsey & Company şirkətinin regional idarəedici tərəfdaşı Özgür Tanrıkulu ilə Azərbaycanda investisiya mühitinin təkmilləşdirilməsi istiqamətində görülən işlər, iqtisadi imkanlar, ölkəmizin biznes dairələri ilə şirkət arasında əlaqələr və perspektivlər barədə müzakirələr apardıq".
İqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə sosial şəbəkə hesabında məlumat verib.