Almaniyada "məscid vergisi" gündəlikdədir

2019.05.16 19:05 (UTC+04:00)

Almaniya "demokratik dəyərlərə əməl etməyən ölkələrin" Almaniyadakı məscidlərə kənardan maliyyə mənbələrinin göndərilməsinin qarşısını almaq üçün yollar axtarır. Federal Kansler Angela Merkel müsəlman qurumlarını əhatə edəcək "məscid vergisi"nin tətbiq oluna biləcəyini qeyd edib. Həmin verginin Almaniyada yaşayan müsəlmanlardan yığılacağı gözlənilir. Bu verginin hədəfində xüsusi olaraq Türkiyənin, vahhabi təşkilatlarının və Orta Şərq ölkələrinin olduğu bildirilir.