ATV ilə Vergilər Nazirliyinin birgə layihəsi olan "İqtisadi zona" proqramının növbəti buraxılışında problemli kreditlərlə bağlı kompensiyaların verilməsi prosesinin müddəti, əhalinin banklara yerləşdirdiyi əmanətlərin artması və əmanətlərin hansı valyuta ilə yerləşdirilməsi, turizm kreditləri ilə turist səfərləri təşkil edən şirkətlər barədə süjetlər verilib.
Verilişin qonağı – Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta sahəsində qeydiyyat və uçot məsələləri, bu sahədə qarşıya çıxan problemlər və həmin problemlərin həlli ilə bağlı suallara aydınlıq gətirib.