İcbari tibbi sığorta haqları üzrə büdcəyə daxil olmuş vəsaitin həcmi artıb

2023.01.16 16:42 (UTC+04:00)

"Ötən ilin yekunlarına görə, icbari tibbi sığorta haqları üzrə büdcəyə daxil olmuş vəsaitin həcmi əvvəlki illə müqayisədə 38,1% artaraq 822,2 milyon manata çatıb".

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.