"Əmək bazarında leqallaşma və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində 2022-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə büdcəyə daxilolmalar əvvəlki illə müqayisədə 19,2% artaraq 4 milyard 586,3 milyon manata çatıb. Bu müddətdə işsizlikdən sığorta üzrə daxilolmalar isə 19% artaraq 160,2 milyon manat təşkil edib", - iqtisadiyyat naziri Mikayıl Cabbarovun paylaşımında bu haqda məlumat verilib.