Dörd ayda ümumi daxili məhsul 2,1 faiz artıb

2019.05.16 17:31 (UTC+04:00)

2019-cu ilin yanvar-aprel aylarında ölkədə 23 milyard 813,4 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çoxdur.

ÜDM istehsalının 46,5 faizi sənayenin, 9,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9 faizi tikintinin, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 14,6 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər isə ÜDM-in 9 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 2.411,8 manat olub.