Əmək müqavilələrinin sayı artaraq bu ilin 1 yanvar tarixinə 1.746.309 təşkil edib

2023.01.16 12:50 (UTC+04:00)

"Əmək münasibətlərinin rəsmiləşdirilməsini təmin edən mexanizmlərin təkmilləşdirilməsi və stimullaşdırıcı tədbirlər nəticəsində 2019-cu ilin əvvəli ilə müqayisədə bağlanmış əmək müqavilələrinin sayı 344.394 vahid artaraq bu ilin 1 yanvar tarixinə 1.746.309 təşkil edib. Qeyri-dövlət sektorunda isə bu göstərici 291.435 vahid artaraq 831.357 olub".

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edib.