Güzəştli kreditlərin qadın və gənc sahibkarlıq subyektləri üzrə bölgüsü

2023.01.16 17:30 (UTC+04:00)

2022-ci il ərzində 218 qadın sahibkara 13,9 milyon manat güzəştli kredit verilib. 2021-ci il ərzində bu göstərici 145 qadın sahibkar üzrə 12 milyon manat təşkil edib.

2022-ci il ərzində gənc sahibkarların 91 layihəsi maliyyələşdirilib və bu məqsədlə 14 milyon manat vəsait ayrılıb. 2021-ci ildə isə 63 gənc sahibkar 2,7 milyon manat güzəştli kredit vəsaitindən faydalanıb.