Ötən il dövlət büdcəsinə vergi daxilolmaları 82,2 faiz artıb

2023.01.16 10:53 (UTC+04:00)

"Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar və biznesin davamlı olaraq şəffaflaşması dövlət büdcəsinə vergi daxilolmalarının dinamikasına ciddi töhfə verir. 2022-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları 2021-ci illə müqayisədə 82,2% artaraq 15 milyard 541,5 milyon manat təşkil edib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesabında məlumat verib: "Bu dövr ərzində qeyri-neft-qaz sektoru üzrə daxilolmalar isə 27,9% artaraq 8 milyard 134,9 milyon manat olub", deyə nazir əlavə edib.