Daha bir sahibkara güzəştli kredit verilib

2023.01.13 16:14 (UTC+04:00)

Sahibkarlığın İnkişafı Fondu tərəfindən İmişli R-Aqro MMC-yə heyvandarlığın inkişafı layihəsi üçün 2,6 milyon manat güzəştli kredit verilib. Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat paylaşıb.

"Layihə İmişlidə icra olunacaq", - deyə nazir əlavə edib.