Pandemiyadan zərər çəkmiş sahibkarlara 41,4 milyon manat vəsait ödənilib

2023.01.13 14:19 (UTC+04:00)

"Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə pandemiyadan zərər çəkmiş sahibkarlara 2020-ci ilin iyun ayından bu il yanvarın 1-dək dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində 41,4 milyon manat vəsait ödənilib".

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.