Tikinti materiallarının istehsalı artıb

2023.01.13 11:51 (UTC+04:00)

2022-ci il yanvar-noyabr aylarında ölkədə 994,9 milyon manat dəyərində tikinti materialları istehsal olunub ki, bu da bir il öncəki göstəricini 14,5 faiz üstələyir.

vergiler.az” Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, hesabat dövründə tikinti əhənginin istehsalı 26,8 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 26,5 faiz, tikinti gipsinin istehsalı 20,4 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərin istehsalı isə 9,9 faiz artıb.