Sənaye zonalarında 10.400-dən çox iş yeri yaradılıb

2023.01.11 16:16 (UTC+04:00)

İndiyədək sənayezonalarında 116 sahibkarlıq subyektinə rezident statusu verilib və onlardan 65-i artıq fəaliyyətə başlayıb. 2022-ci ildə bu müəssisələr tərəfindən ümumilikdə 2,9 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 1 milyard manatı ixracın payına düşür.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesabında paylaşım edib.

"2021-ci illə müqayisədə satış 20,6%, ixrac isə 10,08% artıb. Sənaye zonalarında 10.400-dən çox iş yeri yaradılıb. Mövcud layihələr üzrə əlavə olaraq 460 milyon manata yaxın investisiyanın yatırılması və 4.200-dən çox iş yerinin yaradılması nəzərdə tutulur". - deyə, nazir əlavə edib.