"2022-ci ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 28 sahibkarlıq subyektinə rezident statusu verilib. Qeydiyyata alınmış rezidentlər tərəfindən ümumilikdə 171 milyon manat investisiya yatırılması, 2.400-dən çox iş yerinin yaradılması planlaşdırılır"
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesabında məlumat verib.