“MTradeVerse” platformasında “Azexport” portalı və Rəqəmsal Ticarət Qovşağının (DTH) virtual reallıq (VR) formatında rəqəmsal inzibati binası hazırlanıb.
“vergiler.az” xəbər verir ki, növbəti aydan tam istifadəyə verilməsi nəzərdə tutulan ikimərtəbəli inzibati binada məlumat masası, məhsul qalereyası, xidməti otaqlar, iclas zalı və açıq sahədən ibarət innovativ sərgi zalı 24 saat ziyarətə açıq olacaq. Bu məkanda tədbirlərin təşkili, yeni brendlərin təqdimatı, xidmət və məhsulların ziyarətçilərə təqdim olunması kimi imkanlar mövcuddur.
Layihə çərçivəsində yerli şirkətlərə VR formatda sərgi zallarının yaradılması, VR formatda alış-veriş etmək, konfranslara spiker və ya dinləyici kimi qatılmaq, təlim və seminarlarda iştirak etmək imkanı yaradılacaq.