Konqo mədən vergisini artırıb

2018.12.13 17:26 (UTC+04:00)

Konqo Demokratik Respublikası (KDR) mədənlərin işlənilməsindən tutulan verginin dərəcəsini təxminən üç dəfə artırmışdır. Yerli mətbuatın yazdığına görə, faydalı qazıntılar naziri Martin Kabvelulu rəsmi açıqlama verərək ölkədə fəaliyyət göstərən bəzi mədənlərin işlənilməsindən tutulan verginin dərəcəsinin 3,5 faizdən 10 faizə artırıldığını bəyan etmişdir. Nazir bu artımın hələlik kobalt, koltan və germanium mədənlərinə tətbiq ediləcəyini bildirmişdir. Konqoda fəaliyyət göstərən İsveçrənin "Glenkore", Çinin "Molibdenium" və İngiltərənin "Randgol" şirkətləri ilin sonunda qəbul edilən və "KDR-in zəngin qaynaqlarının xarici ortaqlar tərəfindən qəsb edilməsinin qarşısının alınması" məqsədini daşıyan qanun layihəsinə etiraz etmişdilər. "Glenkore" şirkəti tərkibində radioaktiv maddələrin nisbəti yüksək olduğuna görə Konqonun Kamoto mədənindən kobalt hasil etməyi dayandıracağını bildirmişdir. Qeyd edək ki, hazırda təbabətdə çox işlənilən kobalt hasilatının dünya üzrə 60 faizi Konqonun payına düşür.