"İqtisadi zona" proqramının 5 may 2019-cu il tarixli buraxılışı Video

2019.05.10 17:21 (UTC+04:00)

ATV ilə Vergilər Nazirliyinin birgə layihəsi olan "İqtisadi zona" proqramının növbəti buraxılışında problemli kreditlərlə bağlı kompensiyaların verilməsinə başlanması, sosial mənzillərin növbəti satışı, Azərbaycanda Vergi Ombudsmanının fəaliyyətə başlaması, kooperativ təsərrüfatların yaradılmasının üstünlükləri barədə süjetlər verilib.

Verilişin qonağı – əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan "Məşğulluq" altsisteminin fəaliyyəti ilə bağlı suallara aydınlıq gətirib.