Prezident İlham Əliyev "Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"nda və "Güzəştli mənzil" sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb. Bununla da Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə yeni səlahiyyət verilib.
Dəyişikliyə əsasən, Əsasnamənin 6.2-ci bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri "Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi" sözləri ilə əvəz edilib. Bundan sonra aşağıdakı məlumatları "ASAN Xidmət" portal vasitəsilə müvafiq dövlət orqanlarının və qurumlarının informasiya sistemlərindən elektron sistemə ötürülməsini təmin edəcək: