Qazaxıstanda Tibbi Sosial Sığorta Fondunun yığımları artır

2019.05.07 19:11 (UTC+04:00)

Almatı şəhəri üzrə işəgötürənlərdən və fərdi sahibkarlardan yığılmış icbari tibbi sosial sığorta yığımı aprel ayının sonuna 34,8 milyard tengeyə (154 milyon 248 min manat) çatıb. Daxilolmaların əksər hissəsi - 32,3 milyard tenge (143 milyon 167 min manat) işəgötürənlərin payına düşür. Qazaxıstan qanunvericiliyinə əsasən, fərdi sahibkarların muzdlu işçiləri olduqda həmin işçilər üçün tibbi sığorta haqqını işəgötürən qismində fərdi sahibkarlar ödəyirlər. Almatı şəhəri regionlar arasında birinci yerdədir, vəsaitlərin beşdə biri Almatıda yığılıb. 2017-ci ildən fəaliyyətə başlamış İcbari Tibbi Sosial Sığorta Fonduna daxil olmuş vəsaitlərin hamısı Qazaxıstanın Milli Bankında saxlanılır və 2020-ci ildən başlayaraq İcbari Tibbi Sosial Sığorta çərçivəsində göstərilən xidmətlərin haqqının ödənilməsinə yönəldiləcək.