İtaliya hökuməti Vergi Məcəlləsində düzəliş edib

2019.05.07 13:51 (UTC+04:00)

Yeni tələbatlara uyğun olaraq keçən ilin sentyabr ayından İtaliyanın Vergi İdarəsi "beynəlmilləşmə" siyasətinə başlamışdı. Hazırda dəyişikliklər beynəlxalq əməliyyatlar aparan və ya İtaliyada investisiya qoyan yerli şirkətlər üçün yeni avans həllərini sistemini (AHS) əhatə edir. Yeni struktur çərçivəsində həm İtaliya şirkətləri, həm də İtaliyada investisiya qoyan xarici şirkətlər gəlirlər agentliyindən vergi müəyyənliyi ala biləcək. Sistem beş il ərzində qüvvədədir və sorğu əsasında müddəti uzadıla bilər.

AHS-lərin əhatə dairəsinə, həmçinin, bu məsələlər də daxildir: transfer qiymələndirmələr; yerli və xarici müəssisələrdən dividendlərin, faizlərin, royaltilərin, eləcə də digər gəlirlərin əldə edilməsi və bölünməsi; yaşayış yerinin dəyişdirilməsi ilə bağlı aktivlərin qiymətlərinin bölüşdürülməsi. AHS üzrə saziş Gəlirlər Agentliyi sorğu aldığı gündən sora 180 gün ərzində başa çatdırılmalıdır. İnvestorlar gələcək investisiyalar, eləcə də vergi həlləri tələb olunan elementlər üçün tam əhatəli təsvir və biznes planı təqdim etməlidirlər.