AZPROMO İstanbulda işgüzar görüşlər keçirib

2022.12.27 16:22 (UTC+04:00)

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev İstanbulda Türkiyənin bir sıra biznes qurumlarının nümayəndələri ilə görüşüb.

Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) rəhbəri Nail Olpak, Beynəlxalq İnvestorlar Dərnəyinin (YASED) baş katibi Serkan Valandova, Türkiyə İxracatçılar Məclisinin (TİM) rəhbəri Mustafa Gültepe, “Invest in Türkiye”nin rəhbəri Burak Dağlıoğlu və Dünya İnvestisiya Təşviqi Agentlikləri Assosiasiyasının (WAIPA) icraçı direktoru İsmayıl Erşahinlə keçirilən görüşlərdə qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi istiqamətində görüləcək işlər, investisiyaların cəlb edilməsində “bir pəncərə” sisteminin tətbiqi, ticarət həcminin artırılması üçün birgə fəaliyyət planının hazırlanması, WAIPA ilə birgə Regional İnvestisiya Forumun keçirilməsi, 2023-cü ildə “Investment Roadshow” tədbirlərinin Türkiyədə təşkili ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb.