11 aya 1 milyon 167 min 957 ton buğda idxal edilib

2022.12.26 17:59 (UTC+04:00)

Cari ilin yanvar-noyabr aylarında 1 milyon 167 min 957 ton buğda idxal edilib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, idxal edilən buğdanın dəyəri 398 milyon dollar olub.

Xatırladaq ki, 2021-ci ilin müvafiq dövründə dəyəri 287,5 milyon dollar olmaqla 1 milyon 17 min 503 ton buğda idxal edilib.