Kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasına 67.9 milyon manat vəsait ödənilib

2022.12.26 11:10 (UTC+04:00)

"1 dekabr 2022-ci il tarixinədək mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması çərçivəsində Sahibkarlığın İnkişafı Fonduna 6.333 müraciət daxil olub. Bunlardan 5.047-si üzrə subsidiyanın verilməsi barədə müsbət qərar qəbul edilib. Təsdiqlənmiş subsidiyanın məbləği 71,4 milyon manat təşkil edir və bunun da 67,9 milyon manatı sahibkarlara ödənilib".

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.