Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb

2022.12.24 13:28 (UTC+04:00)

"Azərbaycan və Özbəkistanın dövlət başçıları arasında razılaşmanın nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyi arasında imzalanan Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Anlaşma Memorandumu ikitərəfli iqtisadi əməkdaşlığın möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcək".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.