Bu ilin 11 ayı ərzində xarici ticarət dövriyyəsi 49,22 milyard dollar təşkil edib

2022.12.23 15:11 (UTC+04:00)

"Xarici ticarət əlaqələrimizin daha da genişləndirilməsi və biznes əlaqələrinin təşviqi nəticəsində bu ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 62,9% artaraq 49,22 milyard dollar, ixrac isə 83,5% artaraq 36,34 milyard dollar təşkil edib".

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat paylaşıb.