Azərbaycanın sığorta bazarı 14% böyüyüb

2022.12.23 12:54 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda sığorta şirkətləri tərəfindən 875,132 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

“vergiler.az” Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur.

Hesabat dövründə sığorta şirkətləri 400,95 milyon manat məbləğində ödənişləri həyata keçirib ki, bu da illik müqayisədə 6,7% azdır.

Sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqına 45,8 manat məbləğində sığorta ödənişi düşüb. Ötən ilin eyni dövründə bu göstərici 56 manat olub.