Serbiya ilə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi müzakirə olunub

2022.12.21 17:07 (UTC+04:00)

"Serbiya Baş nazirinin müavini, maliyyə naziri Siniša Mali və mədən və energetika naziri xanım Dubravka Djedoviç ilə ölkələrimiz arasında uğurlu əməkdaşlıq, iqtisadi-ticarət əlaqələrimizin genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi barədə fikir mübadiləsi apardıq".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.